Bank Of Baku

Fransa sentyabrda BMT TŞ-nin Ukrayna üzrə iclasının keçiriləcəyini gözləyir

Fransa sentyabrda BMT TŞ-nin Ukrayna üzrə iclasının keçiriləcəyini gözləyir
# 02 sentyabr 2026 01:29 (UTC +04:00)

Fransa sentyabrın sonunda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclas keçirəcəyini gözləyir.

APA xəbər verir ki, bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Jerom Bonnafon ölkəsinin Təhlükəsizlik Şurasına sədrliyi üzərinə götürməsi münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz, təbii ki, Ukrayna ilə bağlı iclasın keçiriləcəyini gözləyirik”, – deyə diplomat bildirib.

Bonnafon qeyd edib ki, BMT Təhlükəsizlik Şurası hər ay Ukrayna ilə bağlı bir və ya iki iclas keçirir.

Bununla belə, Şuranın sentyabr ayı üçün hazırkı proqramında Ukrayna ilə bağlı iclas hələ nəzərdə tutulmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR