Bank Of Baku

Ukrayna ilk F-16 qırıcılarını yaxın 6 ay ərzində əldə edə bilər

Ukrayna ilk F-16 qırıcılarını yaxın 6  ay ərzində əldə edə bilər
# 23 avqust 2023 02:21 (UTC +04:00)

Ukraynaya “F-16” təyyarələrinin ilk partiyası ən tez 6-7 ay ərzində təhvil verilə bilər.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib.

“F-16” təyyarələrinin texniki xidmət, təmir və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən O.Reznikov, pilotlarla yanaşı, mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.

Reznikov, Ukrayna səmasında ilk “F-16”ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk “F-16”ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.

Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.

Xatırladaq ki, Hollandiya Ukraynaya 42, Danimarka isə 19 ədəd “F-16” təyyarəsi tədarük edəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR