Bank Of Baku

Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqlayıb
# 24 fevral 2022 17:32 (UTC +04:00)

Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır. Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rudnya (Belarus)-Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.

“Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, - vurğulanıb.

Qeyd edilib ki, Putivl bölgəsində Rusiya tanklarının hücumu dayandırılıb, Vışqorod səmasında qarşı tərəfin KA-52 helikopteri vurulub.

Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı uğrunda döyüşlər gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR