Bank Of Baku

Ukrayna nümayəndə heyəti Belarusa çatıb - FOTO - VİDEO

Ukrayna nümayəndə heyəti Belarusa çatıb - FOTO  - VİDEO
# 28 fevral 2022 09:56 (UTC +04:00)

Rusiya tərəfi ilə danışıqlar aparacaq Ukrayna nümayəndə heyəti Belarusa çatıb.

APA-nın RİA "Novosti”yə istinadən xəbərinə görə, danışıqlar Ukrayna-Belarus sərhədində baş tutacaq.

Rusiya nümayəndə heyəti ilə danışıqların bu gün aparılması gözlənilir.

Belarus Xarici İşlər Nazirliyi (XİN) isə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün məkanının fotosunu paylaşıb.

“Belarusda Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək üçün hər şey hazırdır. Nümayəndə heyətlərinin gəlməsini gözləyirik”, - XİN-in "Twitter" hesabında qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR