Bank Of Baku

Ukrayna prezidentinin ofisi əks-hücum üçün şərtləri açıqlayıb

Ukrayna prezidentinin ofisi əks-hücum üçün şərtləri açıqlayıb
# 07 aprel 2023 01:15 (UTC +04:00)

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak əks-hücumun başlaması üçün dörd şərtin adını çəkib.

APA-nın “Kanal 24”ə istinadən verdiyi məlumata görə, Podolyak bildirib ki, Ukrayna silah ehtiyatı toplamalı, hərbçilərə təlim keçməli, əməliyyatı planlaşdırmalı, informasiya hücumları həyata keçirməlidir.

Birinci komponent əks-hücum üçün silah və texnikanın davamlı yığılmasıdır. İkincisi, Ukrayna hərbçilərinin bu əməliyyatda iştirak etmək üçün intensiv təlim keçməsi və koordinasiya etməsidir”, - Podolyak vurğulayıb.

Müşavir Ukrayna Baş Qərargahı tərəfindən gözlənilən əməliyyatın planlaşdırılmasını da vurğulayıb. Bundan əlavə, Podolyak “düşmənin psixoloji vəziyyətinə təsir göstərmək” məqsədilə informasiya hücumlarının hazırlanmasından danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR