Bank Of Baku

Ukrayna qüvvələri Kiyev yaxınlığındakı Makarov qəsəbəsinə nəzarəti geri qaytarıb

Ukrayna qüvvələri Kiyev yaxınlığındakı Makarov qəsəbəsinə nəzarəti geri qaytarıb
# 22 mart 2022 11:02 (UTC +04:00)

Ukrayna qüvvələri Kiyevin təxminən 50 kilometr qərbində yerləşən Makarov şəhər tipli qəsəbəsinə nəzarəti geri qaytarıb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub. Bildirilib ki, Rusiya hərbçilərinin geri çəkildiyi şəhər üzərində Ukrayna bayrağı dalğalandırılıb.

Hərbi əməliyyatlar zamanı yaşayış məntəqəsinin Rusiya aviazərbələri səbəbi ilə ciddi dağıntılara məruz qaldığı, binaların, məktəblərin və tibb müəssisələrinin dağıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR