Bank Of Baku

Ukrayna Rusiya Ordusunun itkilərini açıqlayıb - VİDEO

Ukrayna Rusiya Ordusunun itkilərini açıqlayıb - VİDEO
# 26 fevral 2022 10:09 (UTC +04:00)

Ukrayna Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Rada” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu səhərə olan məlumata əsasən, 3500-dən çox Rusiya hərbçisi ölüb və 200-ə yaxın hərbçi əsir alınıb.

Ukrayna Silahlı Qüvvələrinin “Twitter” hesabında paylaşılan məlumata görə, fevralın 24-dən bu səhərədək Rusiyaya məxsus 14 təyyarə, 8 vertolyot, 102 tank, 535 zirehli döyüş maşını, 1 BUK (zenit raket kompleksi) məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR