Bank Of Baku

Ukrayna Rusiyanı humanitar dəhlizlərin açılmasına mane olmaqda ittiham edib

Ukrayna Rusiyanı humanitar dəhlizlərin açılmasına mane olmaqda ittiham edib
# 05 mart 2022 18:19 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiyanı humanitar dəhlizlərin açılmasına mane olmaqda ittiham edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN bəyanat yayıb.

Bildirilib ki, Rusiya əldə edilmiş razılaşmaları pozur və Mariupol, Volnovaxa və Ukraynanın digər şəhərlərinə raket zərbələri endirir.

“Davam edən atəş mülki şəxslərin təhlükəsiz təxliyəsi, dərman və ərzaqların çatdırılması üçün humanitar dəhlizlərin açılmasını qeyri-mümkün edir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin mühasirədə olan şəhərlərin sakinlərinin çıxmasına məhz Ukrayna hakimiyyətinin mane olması ilə bağlı iddiaları həqiqətə uyğun deyil. Rusiya tərəfi beynəlxalq humanitar təşkilatların, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsinin mülki əhalinin və yaralıların ölkəni tərk etməsi üçün təhlükəsiz şərait yaratmaq məqsədilə atəşi dayandırmaq barədə müraciətlərinə məhəl qoymur. Ukrayna cəlb olunmuş humanitar təşkilatlarla birlikdə təhlükəsiz şərait yaranan kimi mülki əhalini təxliyə etməyə hazırdır", - Ukrayna XİN-in bəyanatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR