Bank Of Baku

Ukrayna Rusiyanın 25 hərbçisini öldürüb, üç sursat anbarını məhv edib

Ukrayna  Rusiyanın 25 hərbçisini öldürüb, üç sursat anbarını məhv edib
# 21 iyun 2022 05:37 (UTC +04:00)

Son son sutka ərzində Ukrayna Silahlı Qüvvələri 25 rus hərbçisini, güclü rabitə stansiyasını və üç silah-sursat anbarını məhv edib.

APA xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook”da məlumat yayıb.

“Hərəkətlərimizin aktivliyi rusları çıxılmaz əks-təsir vasitələrindən istifadə etməyə məcbur edir. Qarşı tərəf quruda sonuncu təchiz olunmuş müdafiə xəttini saxlamağa çalışır. Bu arada havadan və müvəqqəti işğal olunmuş Krımdan kütləvi raket zərbəsi endirilir. Qarşı tərəf 4 ədəd Kh-31A raket və 1 ədəd Oniks tipli raketlə Oçakov istiqamətinə zərbə endirib.

Onlar şəhərətrafı ərazilərdəki kənd təsərrüfatı sahəsinə düşüb.

Daha doqquz “Oniks”in Odessa vilayətinə ünvanlandığı qeyd edilir. Dunay Deltasında, adalardakı yaşayış binaları, Belqorod-Dnestrovski rayonunda - qəbiristanlığın yaxınlığına və sənaye infrastrukturu obyektinin yaxınlığına mərmi atılıb.

Ümumilikdə gün ərzində 25 rus hərbçisi, bir T-62 tankı, bir “Meteorit” özüyeriyən reaktiv minatəmizləmə qurğusu, güclü rabitə stansiyası, radiolokasiya stansiyası və elektron döyüş stansiyası, iki hərbi texnika və üç sursat anbarı məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR