Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ordusu Rusiya ilə münaqişədə uğur əldə etmək üçün yeni planları nəzərdən keçirir.
APA-nın xəbərinə görə, bu barədə NBC News məlumat yayıb.
“Bizim ordumuz daha sürətli irəliləmək və gözlənilmədən Rusiya Federasiyasına zərbə endirmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar hazırlayır”, - deyə Zelenski bildirib.