Bank Of Baku

Ukrayna səfirliyinin birinci katibi Gürcüstan XİN-ə çağırılıb

Ukrayna səfirliyinin birinci katibi Gürcüstan XİN-ə çağırılıb
# 03 iyul 2023 17:04 (UTC +04:00)

Ukraynanın Gürcüstandakı səfirliyinin birinci katibi Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilib ki, Ukrayna nümayəndəsinin çağırılması Ukrayna tərəfinin "Georgian Airways" şirkətinə sanksiya tətbiq etməsi ilə əlaqədardır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 1-də Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” şirkətinə 10 illik sanksiya tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Kiyev eyni zamanda şirkətin sahibi Tamaz Qaiaşviliyə isə ayrıca sanksiya da tətbiq edib. Sanksiyalara aktivlərin dondurulması, ticarət əməliyyatlarının və Ukrayna ərazisi ilə uçuşların və tranzitin dayandırılması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, lisenziyaların və digər icazələrin ləğvi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR