Rusiya Silahlı Qüvvələri Ukraynaya hava hücumu zamanı daha çox zərbə dronlarından istifadə edir.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı bildirib.
Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri dronların hamısına qarşı mübarizə aparır.
Çerevatı onu da vurğulayıb ki, bu məsələ hər gün Ukrayna ordusu komandanlığının bütün iclaslarında nəzərdən keçirilən əsas məsələlərdən biridir.