Bank Of Baku

Ukrayna SQ: Rusiya ordusunun 8 sursat anbarı məhv edilib

Ukrayna SQ: Rusiya ordusunun 8 sursat anbarı məhv edilib
# 10 sentyabr 2023 01:14 (UTC +04:00)

Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri üç yüzdən çox Rusiya hərbçisini və çox sayda texnikanı məhv edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandanı Aleksandr Tarnavski bildirib.

O qeyd edib ki, son 24 saat ərzində Rusiya ordusu Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə 17 dəfə hücum edib, 4 raket və 18 hava zərbəsi endirib.

“Son 24 saat ərzində düşmənin itkiləri 321 nəfər (bərpa olunmayan - 81, yaralı - 233, əsir götürülən - 7) təşkil edib. Düşmənin 40 hərbi texnikası məhv edilib”, - deyə Tarnavski bildirib.

O, əlavə edib ki, düşmənin 8 silah-sursat anbarı və 2 komanda məntəqəsi də məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR