Bank Of Baku

Ukrayna SQ: Rusiya şərqdəki iki əsas cəbhə xəttinə 180 mindən çox əsgər yerləşdirib

Ukrayna SQ: Rusiya şərqdəki iki əsas cəbhə xəttinə 180 mindən çox əsgər yerləşdirib
# 04 iyul 2023 10:18 (UTC +04:00)

Rusiya şərqdəki iki əsas cəbhə xəttinə 180 mindən çox əsgər yerləşdirib.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) şərq qruplaşmasının mətbuat katibi Sergey Çerevatyi Ukrayna mətbuatına müsahibəsində deyib.

O qeyd edib ki, Çerevatyi Liman-Kupyansk cəbhəsinin daha uzun olduğunu, ona görə də Rusiyanın qüvvələrini oraya cəmlədiyini deyib. Əlavə edib ki, hazırda cəbhənin bu sektorunda Rusiyanın 120 minlik qoşunu var.

Çerevatyi şərq cəbhəsinə cəlb edilən Rusiya qüvvələrinin kifayət qədər güclü olduğunu, hava hücumu və motoatıcı bölmələrə malik olduğunu deyib. Əlavə edib ki, Rusiya tərəfindən kriminal keçmişi olan şəxslərdən yaradılmış “Storm Z” bölmələri də bura daxildir.
Çerevatyi Baxmut cəbhəsində isə 50 minlik Rusiya qoşununun olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR