Ukrayna xarici işlər naziri Dmitri Kuleba və İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.
"İsrail XİN rəhbəri məni əmin etdi ki, onun ölkəsi Rusiyanın sanksiyalardan yan keçməsində rol almayacaq. İsrailin vasitəçilik səylərinə və göstərdiyi humanitar yardıma görə minnətdarıq. Biz Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə etdik. İsrailə gedən ukraynalıların hüquqlarına hörmət olunacağı barədə razılaşdıq", - nazir Kuleba bildirib.