Bank Of Baku

Ukrayna XİN ölkədə minalanmış ərazilərin sahəsini açıqlayıb

Ukrayna XİN ölkədə minalanmış ərazilərin sahəsini açıqlayıb
# 04 aprel 2022 11:42 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiya qüvvələri tərəfindən minalanmış ərazilərin sahəsini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günü münasibətilə XİN-in yaydığı bəynatda bildirilib.
"2014-cü ildə Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün birinci dalğasından sonra Luqansk və Donetsk vilayətlərinin təxminən 16 min kvadrat kilometr ərazisi mina ilə çirkləndirilib. İlkin hesablamalara görə, hazırda Ukraynada minalanmış ərazi 80 min kvadrat kilometrə çatır.
Sivil dünya piyada əleyhinə minalardan imtina edib onun istifadəsini qadağan etdiyi halda, Rusiya Ukraynada onlardan istifadəni artırır və hətta POM-3 (Medallion) və başqaları kimi yeni tipli piyada əleyhinə minaları sınaqdan keçirir", Ukrayna XİN bildirib.
Bəynatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Dövlət Xidməti və digər strukturlar azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirirlər. "Lakin əsas işə rus qoşunları Ukraynadan tam çıxarıldıqdan sonra başlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR