Bank Of Baku

Ukrayna XİN: Rusiyanın "Şahed" PUA-ları Rumıniya ərazisinə düşüb

Ukrayna XİN: Rusiyanın "Şahed" PUA-ları Rumıniya ərazisinə düşüb
# 04 sentyabr 2023 12:34 (UTC +04:00)

Rusiyanın "Şahed" PUA-ları Rumıniya ərazisinə düşüb və partlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko "Facebook"da bildirib.
"Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, İzmail limanının yerləşdiyi əraziyə Rusiyanın kütləvi hücumu zamanı bu gecə Rumıniya ərazisinə rus “Şahed" dronları düşərək partlayıb. Bu, Rusiyanın raket terrorunun təkcə Ukraynanın deyil, həm də qonşu ölkələrin, o cümlədən NATO üzvü olan ölkələrin təhlükəsizliyinə böyük təhlükə yaratdığının növbəti təsdiqidir.
Biz tərəfdaşlarımızı Ukraynanın əlavə müasir raket əleyhinə və havadan müdafiə sistemləri ilə təmin etməyə, eləcə də Ukraynanın və qonşu dövlətlərin infrastrukturunun mühafizəsini gücləndirəcək döyüş aviasiyası ilə təmin olunmasını sürətləndirməyə çağırırıq", o paylaşımında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR