Bank Of Baku

Ukrayna yaxın günlərdə Aİ üzvlüyünə namizəd ola bilər

Ukrayna yaxın günlərdə Aİ üzvlüyünə namizəd ola bilər
# 03 mart 2022 13:02 (UTC +04:00)

Ukrayna yaxın günlərdə Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd ölkə ola bilər.

APA-nın xəbərinə görə, bunu Polşa xarici işlər nazirinin mavini Marçin Pşıdaç deyib.

“Ukrayna sabah, birigün, gələn həftə Aİ-yə üzvlüyə namizəd ölkə ola bilər. Bu siyasi qərar məsələsidir”, - deyə nazir müavini bildirib.

Pşıdaç əlavə edib ki, artıq 10 Aİ ölkəsi bu addımı dəstəkləyib.

Qeyd edək ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Aİ-yə üzvlüyünə dair müraciəti imzalayıb.

Eyni gün Aİ rəsmiləri Ukraynanın müraciətinin nəzərdən keçirilməsi prosesinə başlayıblar.

Avropa Parlamenti də Aİ-ni Ukraynaya namizəd statusu verməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR