Bank Of Baku

Ukraynada AES-də yanğın söndürülüb - YENİLƏNİB 2

Ukraynada AES-də yanğın söndürülüb - YENİLƏNİB 2
# 04 mart 2022 08:54 (UTC +04:00)

Ukraynanın ən böyük AES-indəki yanğın söndürülüb

Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.

Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də (08.20 Bakı vaxtı) söndürülüb. Ölən və xəsarət alan yoxdur.

***

08.15

Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın lokallaşdırılıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib

Qeyd olunur ki, saat 05.55-də (Bakı vaxtı ilə 07.55) Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə yanğın nəzarət altına alınıb. Ölən və xəsarət alan yoxdur.

***

06.52

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye AES-də başlayan yanğınla bağlı Avropa liderlərinə müraciət edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson və AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR