Amerikalı keçmiş hərbçi Ukraynadakı müharibədə ölüb.
APA CBS telekanalına istinadən xəbər verir ki, Ian Tortoriçi adlı keçmiş ABŞ dəniz piyadası Rusiya-Ukrayna müharibəsində həlak olub.
Telekanalın məlumatına görə, muzdlu kimi xüsusi hərbi əməliyyat bölgəsinə gedən Tortoriçi 15 ay əvvəl könüllü olaraq xarici legiona qoşulub.