Ukrayna Ali Radası deputat Geo Lerosun fəaliyyətini müharibənin sonunadək dayandırıb.
APA “Ukrainskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Geo Leros “Feysbuk” paylaşımında qeyd edib.
Ukrayna parlamentinin 261 deputatı qərarın lehinə səs verib.
Qeyd edək ki, Geo Leros Ali Radanın fevralın 8-də keçirilən iclasında Prezident Ofisinin rəhbəri Andrey Yermakın həbs edilməsini tələb edib.