Bank Of Baku

Ukraynada döyüş təyyarələri toqquşub, üç pilot həlak olub

Ukraynada döyüş təyyarələri toqquşub, üç pilot həlak olub
# 26 avqust 2023 22:45 (UTC +04:00)

Ukraynanın Jitomir vilayətində iki döyüş təyyarəsi toqquşub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski vidomüraciətində bildirib.

Zelenski bildirib ki, təyyarə qəzası nəticəsində məşhur pilot Andrey Pilşikovda daxil olmaqla üç pilot həlak olub.

Bu gün Ukraynada Aviasiya Günüdür. Bu il "F-16"ları almaqla yeni bir səhifə başlatmış olacağıq. Təəssüf ki, faciəvi xəbərlər də var. Dünən Jitomir bölgəsi üzərində səmada baş verən fəlakət üç pilotun ölümünə səbəb oldu. Ürəyim pilotların dostları və sevdiklərilədir. İstintaq davam edir, həqiqət üzə çıxacaq. Ukrayna onun azad səmasını qoruyanlar heç vaxt unutmayacaq", -deyə Ukrayna lideri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR