Ukraynada hərbi polis yaradılması planlaşdırılır.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sözlərinə görə, yeni qurum hərbi cinayətlərin araşdırılması və hərbi qulluqçular arasında nizam-intizamın qorunub saxlanılması məsələləri ilə məşğul olacaq.
Hərbi polisin strukturu və fəaliyyəti NATO-ya üzv ölkələrin müvafiq strukturları ilə uyğunlaşdırılacaq və Müdafiə Nazirliyinin tərkibində olacaq.