Bank Of Baku

Ukraynada Medvedçukun həyat yoldaşının 153 mln. dollarlıq əmlakına həbs qoyulub

Ukraynada Medvedçukun həyat yoldaşının 153 mln. dollarlıq əmlakına həbs qoyulub
# 23 fevral 2023 18:43 (UTC +04:00)

Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollar əmlakına həbs qoyulub.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, həbs 3 vilayətdəki elektrik şəbəkəsinin səhmlərini əhatə edib. Həmin səhmləri Oksana Marçenko ofşor şirkətlər vasitəsilə idarə edib.

Bundan başqa, onun 2 torpaq sahəsi, 4 ev, 10 avtomobil və 18 müəssisədəki aktivlərinə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR