Ukraynada müharibə nəticəsində indiyədək 542 uşaq həlak olub

Ukraynada müharibə nəticəsində indiyədək 542 uşaq həlak olub
# 11 aprel 2024 11:50 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 542 ukraynalı uşaq həlak olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

"2022-ci ilin fevralın 24-dən başlayan Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər Ukraynada 542 uşaq həlak olub, 1289 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad olunan ərazilərdə araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR