Ukraynalı siyasətçi Viktor Medvedçukun həbsinə dair kadrların həqiqiliyini söyləmək hələ tezdir.
APA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü bildirib ki, kadarlardan xəbərdardır, lakin onların həqiqətə uyğun olub-olmadığını indidən söyləyə bilməz.
Qeyd edək ki, Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin uşaqlarının xaç atasıdır.
***
23.05
Ukrayna xüsusi xidmət orqanları “Müxalifət platorması – həyat üçün” Partiyasının siyasi şurasının sədri Viktor Medvedçuku saxlayıb
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Teleqram kanalında məlumat yayılıb.
“Xüsusi əməliyyat keçirilib. Afərin. Detallar az sonra” – deyə Zelenski qeyd edib.
Fotoda Medvedçuk hərbi formada və qandallı olub.