Bank Of Baku

Ukraynada Rusiya müğənnilərinin musiqiləri qadağan edilir

Ukraynada Rusiya müğənnilərinin musiqiləri qadağan edilir
# 12 aprel 2022 13:20 (UTC +04:00)

Ukrayna Ali Radasının bir qrup üzvü Rusiya vətəndaşları və ya sakinlərinə məxsus audiovizual performansların Ukrayna ərazisində yayımının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

APA-nın TASS-a istinadən xəbərinə görə, qanun layihəsi rusiyalı müğənnilər və musiqiçilər tərəfindən ifa edilmiş audiovizual məhsulların Ukraynanın radio və televiziya kanallarında, mədəniyyət müəssisələrində, özəl və ya dövlətə məxsus olmasından asılı olmayaraq, ictimai nəqliyyatda, təhsil müəssisələrində, mədəniyyət və istirahət obyektlərində, hotel və restoranlarda, kinoteatrlarda və ümumiyyətlə ictimai məkanlarda yayımlanmasının qadağan edilməsini nəzərdə tutur.

Yeni qanun layihəsinin mətni Ali Radanın internet saytında yerləşdirilib.

Layihənin müəllifləri bildiriblər ki, qadağanın Krım da daxil olmaqla, bütün Ukrayna ərazisinin işğaldan azad edilənədək, Rusiyanın Ukraynaya təcavüzü bitənədək qüvvədə qalması nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi təqdirdə mövcud qanunvericiliyə ediləcək düzəlişlə Ukraynanın televiziya və radio kanallarının efirində Ukrayna musiqisi üçün ayrılan kvota 35%-dən 50%-dək artırılacaq.

Qanun layihəsinin əksəriyyəti sabiq Prezident Petro Poroşenkonun liderlik etdiyi “Avropa Həmrəyliyi” partiyasından olmaqla, 21 deputat tərəfindən hazırlandığı bildirilib.

Ali Radanın Humanitar və İnformasiya Siyasəti komitəsinin rəhbəri Nikita Poturayev də layihənin müəllifləri arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR