Bank Of Baku

Ukraynada şəhər meri öldürülüb

Yuri Prilipko

© APA | Yuri Prilipko

# 07 mart 2022 11:31 (UTC +04:00)

Ukraynada şəhər meri və meriyanın iki əməkdaşı öldürülüb.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, Qostomel şəhərinin meri Yuri Prilipko və tabeliyindəki iki nəfər – Ruslan Karpenko və İvan Zoria sakinlərə humanitar yardım və dərman preparatları payladıqları zaman Rusiya hərbçilərinin açdığı atəş nəticəsində qətlə yetiriliblər.

Hadisənin digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarına şiddətli müqavimət göstərməsinə görə Qostomel də daxil olmaqla Ukraynanın 6 şəhər və qəsəbəsinə “Qəhrəman Şəhər” adı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR