Bank Of Baku

Ukraynada videoregistratorlardan istifadə qadağan edilib

Ukraynada videoregistratorlardan istifadə qadağan edilib
# 21 mart 2022 02:45 (UTC +04:00)

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatı ilə əlaqədar olaraq avtomobil və motosiklet sürücülərinə videoregistratorlardan istifadə etmək qadağan edilib.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram”da məlumat verib.

“Qadağa ümumi istifadədə olan avtomobil yollarının, ümumi obyektlərin, infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin, istehkamların, müdafiə qüvvələrinin hərbi hissələrinin (bölmələrinin) yerləşməsi, cəmləşməsi və ya yerdəyişməsi ilə bağlı foto və video çəkilişlərə aiddir”, - deyə o bildirib.

Geraşenkonun sözlərinə görə, qadağa ölkənin bütün regionlarında keçərlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR