Bank Of Baku

Ukraynadan Polşaya 2 milyona yaxın qaçqın üz tutub

Ukraynadan Polşaya 2 milyona yaxın qaçqın üz tutub
# 17 mart 2022 12:34 (UTC +04:00)

Ukraynada müharibənin başlamasından sonra bu ölkədən Polşaya 1,9 milyon qaçqın daxil olub.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Polşanın sərhəd xidmətinin məlumatında bildirilib.

BMT-nin məlumatında görə, hərbi əməliyyatların başlamasından sonra Ukraynanı ümumilikdə 3 milyon nəfər tərk edib və onların böyük əksəriyyəti Polşa, Rumıniya, Moldova, Macarıstan və Slovakiyaya üz tutub.

Qeyd edək ki, müharibədən öncə Ukrayna əhalisinin sayı 43 milyon nəfər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR