Bank Of Baku

Ukraynanda şiddətli döyüşlərin getdiyi ərazilər açıqlanıb

Ukraynanda şiddətli döyüşlərin getdiyi ərazilər açıqlanıb
# 16 iyul 2023 09:21 (UTC +04:00)

Ukraynada Rusiya ordusu əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləyib. Ötən sutka ərzində ümumilikdə 39 toqquşma baş verib.

APA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, düşmən bir sutka ərzində Severski və Slobojanski istiqamətlərində Sumı vilayətinin Volfinı və Xarkov vilayətinin Ustinovka ərazilərinə aviazərbələr endirib.

20-dən çox yaşayış məntəqəsinə, xüsusən də Çerniqov vilayətinin dəmir körpüsü olan Karpoviçə minaatan və artilleriya hücumları həyata keçirilib.

Kupyansk istiqamətində ukraynalılar müdafiə xəttini qoruyurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR