Ukrayna Dövlət Təhqiqatlar Bürosunun əməkdaşları Vinnitsa, Kiyev və Çerkassı vilayətlərinin hərbi komissarlıqlarında axtarışlar aparırlar.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Təhqiqatlar Bürosundan bildirilib.
Qeyd edilib ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, ölkə üzrə 200 hərbi komissarlıqda axtarışlara başlanılıb.
Məlumatda haqqında hərbi xidmətə yararsızlıq barədə qərarların alınmasının qanuniliyinə şübhə olan 388 nəfərin müəyyən edildiyi bildirilir.
Bildirilib ki, rüşvət müqabilində əlillik və ya hərbi xidmətə yararsızlıq arayışı hazırlamaqda şübhəli bilinən vəzifəli şəxslər barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.