Bank Of Baku

Ukraynanın Antiinhisar Komitəsinin rəhbəri istefa verib

Ukraynanın Antiinhisar Komitəsinin rəhbəri istefa verib
# 05 sentyabr 2023 11:57 (UTC +04:00)

Ukraynanın Antiinhisar Komitəsinin rəhbəri istefa verib.

APA xəbər verir ki, bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının Ali Radadakı (parlament) deputat fraksiyasının rəhbəri David Araxamiya “Teleqram” kanalında yazıb.

Araxamiya qeyd edib ki, Ukrayna Antiinhisar Komitəsinin rəhbəri Olqa Pişçanskaya hökumətdəki dəyişikliklər fonunda istefa verib və Ali Rada onun istefaya göndərilməsi ilə bağlı ərizəyə bu gün baxacaq.

Həmçinin əlavə olunub ki, Pişçanskayanın yerinə Pavel Kirilenkonun təyin olunması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR