Bank Of Baku

Ukraynanın Baş naziri: “Başa düşürük ki, hər müharibə danışıqlar masasında bitir”

Denis Şmıqal

© APA | Denis Şmıqal

# 11 mart 2022 17:33 (UTC +04:00)

Biz bütün dünyanın dəstəyini hiss edirik. Tərəfdaşlarımız bizə müasir hərbi texnika verir, humanitar yardım edir.

APA xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Antalya Diplomatiya Forumunda videoformatda çıxışı zamanı deyib.

“Biz demokratiya və müstəqillik uğrunda mübarizə aparırıq. Bizim həqiqətən də daha çox silaha ehtiyacımız var. Rusiya şəhərləri bombalayır. Ukraynalı qadın və uşaqların müdafiəyə ehtiyacı var. Sivil dünyanın dəstəyi olmadan bu mübarizəni aparmaq çox çətindir. Başa düşürük ki, hər müharibə sonda danışıqlar masasında bitir. Tərəfdaşlarımızdan da diplomatiya yolu ilə müharibəni dayandırmaq üçün dəstək istəyəcəyik”, - Baş nazir vurğulayıb.

Baş nazir qeyd edib ki, Ukrayna beynəlxalq ictimaiyyətdən yardım alır, amma heç kim tərəfində idarə olunmur.

“Ukrayna Rusiya işğalına qarşı azadlıq müharibəsi aparır. Heç kim rus əsgərlərini gül-çiçəklə qarşılamadı. Cəsur Ukrayna xalqı vuruşur, 16 gündür mübarizə aparır”, - Şmıqal əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR