Bank Of Baku

Ukraynanın Kiyev, Xarkov və Odessa vilayətləri dron hücumuna məruz qalıb

Dron

© APA | Dron

# 23 fevral 2023 14:18 (UTC +04:00)

Ukraynanın Kiyev, Xarkov və Odessa vilayətləri dron hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Məlumata əsasən, Kiyev şəhəri ilə yanaşı eyniadlı vilayətin də bir sıra nöqtələrində Rusiya Silahlı Qüvvələrinə məxsus kamikadze-dronların partlaması qeydə alınıb. Hazırda Hava Hücumundan Müdafiə (HHM) sistemləri hücumun qarşısını almaq üçün çalışır.

Əhaliyə sığınacaqlarda, təhlükəsiz yerlərdə qorunmaq tövsiyə olunub, dağıntılar, ölən və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, səhər saatlarından etibarən Ukrayna ərazisində bir çox vilayətlərdə hava həyəcanı siqnalı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR