Bank Of Baku

Ukraynanın müdafiə xərcləri 14,5 milyard dollara çatıb

Ukraynanın müdafiə xərcləri 14,5 milyard dollara çatıb
# 12 aprel 2023 03:18 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müdafiə üçün büdcə xərclərinin 14,5 milyard dollara çatdırılması haqqında sənəd imzalayıb.

APA xəbər verir ki, bu barədə aprelin 11-də Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

Müdafiə Nazirliyinə 10 milyard dollara yaxın, Daxili İşlər Nazirliyinə 2,6 milyard dollar, kəşfiyyata 124,5 milyon dollar və dövlət xüsusi rabitə orqanlarının idarə edilməsinə 855 milyon dollara yaxın vəsait nəzərdə tutulub.

Ukrayna hökuməti 2023-cü il üçün büdcəni 35,1 milyard dollar kəsirlə başlayıb.

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, dövlət büdcəsi layihəsində gəlirlər təqribən 34,7 milyard dollar, xərclər isə 69,5 milyard dollar nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR