ABŞ rəsmisi Ukraynanın NATO-ya qoşulmazdan əvvəl həyata keçirməli olduğu islahatlarla bağlı bəzi detalları açıqlayıb.
APA CNN-ə istinadən xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə Baş direktoru Amanda Sloat jurnalistlərə açıqlamasında Ukraynanın alyansa qoşulmazdan öncə bir sıra islahatlar aparmalı olduğunu vurğulayıb.
“Biz Ukraynanın artıq islahatlar baxımından nəzərəçarpan tərəqqi əldə etməsini qəbul edirik. Lakin həm Prezident (Bayden) dediyi kimi, həm də kommmunikedə aydın şəkildə göstərildiyi kimi, Ukraynanın əlavə demokratik və təhlükəsizlik sektoru islahatlarına ehtiyac var.
Prezident aydın şəkildə qeyd edib ki, Ukraynanın buna nail olacağını düşünürük. Amma bu, Ukraynanın qoşulması üçün tələb olaraq qalır”.
Sloat əlavə edib ki, Vaşinqton bir sıra idarəçilik və təhlükəsizlik sektoru islahatları ilə bağlı Kiyevlə işləyir.