Bank Of Baku

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində 10 nəfər ölüb

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində 10 nəfər ölüb
# 04 aprel 2022 23:40 (UTC +04:00)

Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 müşki şəxs həlak olub, 46 nəfər yaralanıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.

“Bu gün səhər saat 7-də şəhərin yaşayış olan rayonu yenidən atəşə tutulub. Burada heç bir hərbi obyekt, zavod və ya yanacaq anbarı yoxdur. 1 nəfər həlak oldu, 5 nəfər yaralandı. Ərazi axşam yenidən atəşə tutuldu. Bu hücum zamanı 9 nəfər ölüb, 41 nəfər yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər” – deyə şəhər rəhbəri bildirib.

Senkeviç əlavə edib ki, Rusiya ordusu şəhərdə kaset silahlar tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR