Bank Of Baku

Ukraynaya raket və PUA zərbələri endirilib, ölən və yaralılar var - VİDEO

Ukraynaya raket və PUA zərbələri endirilib, ölən və yaralılar var - VİDEO
# 06 aprel 2025 12:25 (UTC +04:00)

Rusiya Ordusu Ukraynaya PUA, ballistik və qanadlı raketlərlə hücum edib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Ukraynaya “Tu-95MS” strateji bombardmançı təyyarədən 9 ədəd “101/X-55SM, Qara dənizdən gəmilərdən 8 ədəd "Kalibr" və Bryanskdan 6 ədəd ballistik raketlə zərbə endirilib.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 13 raket və 40 PUA-nı vurub. Raket və PUA-ların hədəfi Kiyev, Sumi, Xarkov, Xmelnitsk, Çerkass və Nikolayev vilayətiləri olub.

Kiyev şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko Kiyevə hava zərbələri nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.

Bu arada Polşa Silahlı Qüvvələrinin komandanlığı Ukraynanın qərbinə raket zərbələri ilə əlaqədar ölkənin hava məkanının müdafiəsi üçün sərhəd yaxınlığına hərbi aviasiyanın göndərildiyini açıqlayıb.

***

saat 09.27

Rusiya Ordusu Kiyevə raket zərbələri endirib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Qara dənizdən “Kalibr” və “ТУ-95М” bombardmançı təyyarəsindən “Х-101” raketləri buraxılıb.

Bir mebel sexində yanğın baş verib, beşmərtəbəli biznes mərkəzinin 3,4 və 5-ci mərtəbələrində qismən dağıntı olub, 3 avtomobil yanıb.

Raket hücumu nəticəsində 3 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR