Bank Of Baku

Ursula fon der Leyen: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir

Ursula fon der Leyen: Paris sammiti Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını göstərir
# 27 mart 2025 20:26 (UTC +04:00)

"AB-nin Ukrayna üzrə Parisdə baş tutan sammiti göstərir ki, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq."

APA xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlaması zamanı bildirib.

"İkinci mövzu Rusiyaya təzyiqləri davam etdirməkdir. Sanksiyaların qüvvədə qaldığı aydın idi. Biz ədalətli və davamlı sülh sazişi istəyirik. Məqsəd budur", - o bildirib.

Onun sözlərinə görə, Ukraynaya qısa müddətdə maliyyə və hərbi dəstəyin necə gücləndirilməsi barədə geniş müzakirə aparılıb.

“Ukraynanın hərbi ehtiyacları, eləcə də maliyyə ehtiyacları ödənilməlidir", - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR