Bank Of Baku

Ursula fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim olunacaq

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

# 12 noyabr 2026 15:25 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı keçirilən danışıqlarda Avropa nümayəndələrinin iştirakını müsbət qiymətləndirib.

APA xəbər verir ki, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Fon der Lyayenin sözlərinə görə, Avropa nümayəndələrinin danışıqlarda iştirakı həm Avropanın maraqlarının qorunması, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin bu istiqamətdəki müraciəti baxımından əhəmiyyətlidir.

“Əbu-Dabidə keçirilən sülh danışıqlarını çox müsbət qarşılayıram. Avropalıların orada təmsil olunması həm maraqlarımızın qorunması, həm də Prezident Zelenskinin xahişi baxımından yaxşıdır. O, danışıqlarda avropalıların ona dəstək verməsini istəyib”, – Avropa Komissiyasının rəhbəri bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı müharibə dövründə olduğu kimi, sülh şəraitində də Ukraynanı dəstəkləməyə davam edəcək.

Fon der Lyayen, həmçinin, Avropa Komissiyasının Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladığını və 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması ilə bağlı təklif üzərində işlədiyini açıqlayıb.

Onun sözlərinə görə, sanksiyalar paketi və Ukraynanın maliyyə ehtiyaclarının ödənilməsinə dair təklif növbəti Avropa İttifaqı Şurasının iclasından əvvəl təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR