Rusiya Prezidenti Vladimir Putin Ukraynanın atəşkəs təklifini rədd etdi.
APA-nın Tiranaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.
“Ukraynanın atəşkəs təklifinə Avropa İttifaqı ilə ABŞ da dəstək verdi. Amma Prezident Putin bu təklifi rədd etdi. Nəhayət, Prezident Putin Ukrayna ilə birbaşa görüş keçirməyi təklif etdi”, - o qeyd edib
Ursula von der Leyen Rusiyaya qarşı yeni sanksiyalar paketinin üzərində işlədiklərini də açıqlayıb: “Bu paketə "Şimal Axını-1" və "Şimal Axını-2"yə qarşı sanksiyalar, "kölgə donanması"na aid daha çox gəminin siyahıya salınması və neftin qiymət fərqinin azaldılması daxildir. Eyni zamanda, Rusiyanın maliyyə sektoruna qarşı daha ciddi maliyyə sanksiyaları tətbiq ediləcək. Çünki biz sülh istəyirik və buna nail olmaq üçün təzyiqləri artırmalıyıq”.