Bank Of Baku

Uşakov: Rusiya və Ukrayna xüsusi xidmət orqanları BƏƏ-də müzakirələr aparır

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov

© APA | Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov

# 26 noyabr 2025 12:56 (UTC +04:00)

Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri Birləşmiş Ərəb Əmirliyində müntəzəm olaraq həssas məsələləri, o cümlədən əsirlərin dəyişdirilməsini müzakirə edirlər.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, son görüşlərdən birində gözlənilməz bir durum da baş verib.

“Görüş zamanı hazırda Ukrayna dosyesi ilə məşğul olan ABŞ-ın yeni nümayəndəsi orda peyda oldu. O, orada Ukrayna tərəfi ilə görüş keçirdi və anladığım qədər, bu əvvəlcədən razılaşdırılmışdı. Eyni zamanda, bizim nümayəndələrlə tam gözlənilmədən görüşdü”, - Uşakov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR