Bank Of Baku

“Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb

“Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb
# 13 dekabr 2025 20:06 (UTC +04:00)

Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.

APA-nın yerli bürosu xəbər verik ki, ölkəmizi müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.

Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə - Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.

Qeyd edək ki, “Uşaq Avroviziyası”nda 4 dəfə qalib gələn Gürcüstan müsabiqənin tarixində ən uğurlu ölkə hesab olunur. Qonşu ölkə müsabiqəyə ikinci dəfədir ev sahibliyi edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR