"Veymar üçlüyü"nün (Almaniya, Fransa, Polşa) xarici işlər nazirlərinin görüşü keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Xarici işlər nazirləri Rusiyanın Ukraynaya hücumunu müzakirə ediblər.
“Nazirlər Avropada sülhün qorunması üçün mümkün tədbirlər və davam edən münaqişəyə son qoymaq üçün əməkdaşlıq barədə müzakirə aparıblar”, - bildirilib.