Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, səfər yaxın gələn ay baş tuta bilər.
Ərdoğan əlavə edib ki, Putinlə əsirlərin mübadiləsi və “Taxıl sazişi”nin uzadılması məsələsini müzakirə edəcək.