Bank Of Baku

Von der Leyen: Çin Rusiyaya hərbi yardım etsə, bu, Aİ ilə əlaqələrə ağır təsir edəcək

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

# 06 aprel 2023 16:51 (UTC +04:00)

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı Çinin mövqeyi Avropa İttifaqı üçün çox vacibdir”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Cinpinlə birgə Pekində keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

Ursula von der Leyen bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin də məsuliyyəti var: “Biz ümid edirik ki, Çin Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini ehtiva edən ədalətli sülhün əldə olunmasına dəstək verəcək”.

O əlavə edib ki, Aİ Çin tərəfindən irəli sürülən sülh təklifindəki nüvə silahının istifadəsinin qadağası və bunu qəbuledilməz olması ilə bağlı prinsipi alqışlayır: “Bu müharibədə təcavüzkara - Rusiyaya yardım edilməməlidir, buna görə də biz Çini birbaşa və ya dolayı yolla Rusiyaya hərbi yardım etməməyə çağırırıq. Bu baş verərsə, bizim münasibətlərimizə ağır təsir edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR