Bank Of Baku

Von der Leyen Zelenski ilə Ukraynanın Aİ-yə üzvlük məsələsini müzakirə edib

Von der Leyen Zelenski ilə Ukraynanın Aİ-yə üzvlük məsələsini müzakirə edib
# 07 avqust 2025 17:33 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyası Prezidenti “X”də bildirib.

Onun sözlərinə görə, Ukraynanın təşkilata üzvlüyündən əlavə, sülh razılaşması və Ukraynanın yenidənqurulması ətrafında söhbət aparılıb.

Ursula von der Leyen Avropanın Kiyevə tam dəstəyini ifadə edib və sülhün bərqərar olunması üçün aktiv rol oynamağa davam edəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR