Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-dan qayıtdıqdan sonra dövlət başçısı vəzifəsindən istefa verəcək.
APA xəbər verir ki, o, bunun 25 və ya 26 sentyabrda baş verəcəyini bildirib.
“Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa ərizəmi təqdim edəcəyəm”, - Vuçiç mətbuat konfransında N1 televiziyasının sualına cavab olaraq deyib.
Qeyd edək ki, Vuçiç bundan əvvəl oktyabrın 25-nə parlamentə növbədənkənar seçkilər təyin edib. O, hakim partiyanın siyahısına rəhbərlik edəcək və Baş nazirliyə namizəd olacaq.