Bank Of Baku

Vuçiç Serbiyada prezident seçkilərində qalib olduğunu açıqlayıb

Vuçiç Serbiyada prezident seçkilərində qalib olduğunu açıqlayıb
# 04 aprel 2022 01:55 (UTC +04:00)

Serbiyada keçirilən prezident seçkilərində ilkin nəticələr məlum olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, seçki komissiyasının ilk məlumatına görə, seçkilərdə Aleksandr Vuçiç 71,98% səslə liderdir.

Onun ən yaxın rəqibi Zdravko Ponoş 8,81 faiz, qalan namizədlər isə beş faizdən az səs toplayıb.

Prezident seçkilərində ümumilikdə 8 namizəd mübarizə aparırdı.

Həmçinin 12 bələdiyyə və Belqrad da daxil olmaqla iki şəhərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Seçkilərdə 6 milyon 501 min 689 nəfərin səsvermə hüququ var.

Ümumilikdə ölkədə səkkiz mindən çox seçki məntəqəsi və dünyanın 34 ölkəsində 77 səsvermə yeri fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR